Gənc boksçuların ölkə birinciliyinə start verilib 

13:58 16.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib.

Hafta.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılıb. Qaliblərin adına dekabrın 22-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.